
2021-04-13 13:23:00
AzTU tələbələri Bakı dərin özüllər zavodunda infoturda
Azərbaycan Texniki Universitetinin (AzTU) metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri universitetin əməkdaşları ilə birgə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda infoturda iştirak edib.
5 saat davam edən infoturda iştirakçılar zavodun mütəxəssislərinin müşayiəti ilə dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi və istismara buraxılması prosesləri ilə yaxından tanış olub, iş mühitini izləyiblər.
Qeyd olunub ki, hər bir tələbə təqaüdlü təcrübə proqramında iştirak edə və daxili müsahibə əsasında zavodda işlə təmin oluna bilər.
Bu bölməyə aid digər xəbərlər
AzTU tələbələri Bakı dərin özüllər zavodunda infoturda
2021-04-13 13:23:00