
Təhsil işçilərinin hüququnun təmin edilməsi üçün bir sıra məzuniyyət növləri mövcuddur. Onların sırasına təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil, yaradıcılıq və sosial məzuniyyət daxildir.
AzEdu.az “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” qaydalarına əsasən sosial məzuniyyətdə olan müəllimlərin dərs yükünü hansı ixtisaslı müəllimlər arasında bölüşdürüldüyünü təqdim edir:
Tabelik üzrə təhsil idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir:
Mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu bu qaydalarına uyğun tənzimlənir:
Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir:
Müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. Xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.