
Müəllimlərin işə qəbul imtahanlarında 64 yaşına qədər müəllimlər iştirak edə bilər.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, MİQ imtahanlarında müəllimlərin iş həddinə heç bir yaş məhdudiyyəti qoyulmur. Çalışmanın yaş həddinin və müsabiqə şərtlərinin tələblərini ödəyən hər bir müəllim MİQ imtahanlarında iştirak edə bilər.
Müəllimlərin məhkəmənin qərarına əsasən, pedaqoji fəaliyyət göstərməsi qadağan olunduqda müəllimlərin işə qəbulu müsabiqəsinə buraxılmırlar. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik qaydalar əsasında baxılır.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Nəzrin Rüstəmov