
2021-06-02 11:47:00
Respublikanın 12 şəhər və rayonunda buraxılış imtahanları keçirilir
İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın 12 şəhər və rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
DİM-dən bildirilib ki, imtahanlar Şəki və Lənkəran şəhərlərində, Gəncə şəhərinin Kəpəz rayonunda, Abşeron (1-ci hissə), Ağsu, Ağdaş, Bərdə, Qazax, Qusar, Saatlı, Siyəzən və Xızı rayonlarında təşkil olunub. Bu imtahanlarda 18609 şagirdin iştirakı nəzərdə tutulub.
İmtahanlar saat 11:00-da başlanıb.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi cəlb edilib.
Bu bölməyə aid digər xəbərlər
Buraxılış imtahanları nə zaman keçiriləcək?-DİM-dən CAVAB
2022-10-24 11:12:00
Respublikanın 12 şəhər və rayonunda buraxılış imtahanları keçirilir
2021-06-02 11:47:00
9 və 11-ci sinif-ci sinifdən kolleclərə qəbul imtahanlarının şərtlərində fərq var?-VACİB
2021-04-07 10:52:00
Kolleclərə sənəd qəbulu başa çatır
2020-03-11 09:47:00
Bu ixtisas üzrə kolleclərə qəbul aparılmır-DİM
2020-02-10 13:25:00
Boş qalan plan yerlərinə qəbul olunan tələbələrin NƏZƏRİNƏ: Qeydiyyat vaxtları
2018-08-20 14:39:00