
2018-07-17 09:47:27
Hacı Zeynalabdin Tağıyevin müraciəti - “Tələbə qeyri-türklə evlənməməlidir”
Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində gördüyü işləri, onlarn faydalılq dərəcəsini sadalamala bitməz. Maraqlıdr ki, milyonçu-messenantn ən çox pul ayrdığı, yardm etdiyi sahə də məhz təhsil olub. O, ilk dəfə olaraq, Şərqdə analoqu olmayan Bakı Qızlar Məktəbini tikdirdi. Məktəbə zamanı üçün külli-miqdarda sayılacaq pul məbləği ayırdı. Oradakı qız tələbələr üçün hər cür şəraitin yaradılması da məhz Hacının təşəbbüsü idi.
Bundan əlavə, milyonçu öz şəxsi vəsaiti hesabına xeyli gənci xaridə oxutdurdu. Həmin gənclər sonradan ölkənin bir çox sahələrində əsas aparıcı qüvvəyə çevrildilər.
Tağıyev Nicat Maarifçi Cəmiyyətindən tutmuş, maliyyələşdirdiyi mətbuu orqanlara qədər – hər yerdə ilk növbədə təhsilin güclənməsinin maraqlısı idi.
AzEdu.az moderator.az-a istinadən Tağıyevin gənc tələbələrə ünvanladığı müraciəti təqdim edir:
Hacı Zeynəlabdin Tağıyev qəzetlər vasitəsi ilə Qafqaz türklərinə bu məzmunda elan verir: Nə qədər lisey bitirmiş, ali təhsilini almağa maddi imkanı olmayan tələbə varsa, aşağıdakı şərtlərlə ali təhsillərini davam etdirə bilərlər:
1.Hər tələbəyə təhsil müddətində 50 manat veriləcək. yay tətillərində Qafqaza gəliş gediş xərcləri ayrıca ödəniləcək;
2.Tələbə təhsilini bitirdikdən sonra mütləq vətəninə dönəcək və ölkəsinə xidmət edəcək;
3. Tələbə qeyri türklə (oxuduğu ölkədə və ya tələbə yoldaşları ilə) evlənməyəcək.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra ona ödənilən pulları "Xeyriyyə Cəmiyyəti"nə ödəyəcək.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53