
2021-06-18 11:58:00
Əcnəbi tələbələrə də təhsil krediti veriləcək?
Azərbaycanda təhsil alan əcnəbi tələbələrə təhsil krediti verilməyəcək.
AzEdu.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Nazir xatırladıb ki, hələlik qaydalar tam təsdiq edilməyib:
“Amma təhsil kreditləri Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Əcnəbi tələbələrə ödənilən təqaüdlər var. Bununla bərabər onlar üçün tələbə krediti ayrılmayacaq”.