Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 11:38:00
“Saytlardakı xəbərləri arxivləşdirmək lazımdır” - Kitabxana direktoru

"Saytlarda, mətbuat orqanlarında yer alan xəbər və məlumatları arxivləşdirmək lazımdır".

AzEdu.az  xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbirdə deyib.

O, saytların arxivlərinin MEK-lə birləşdirilməsini təklif edib. Direktorun sözlərinə görə, bəzi saytların yaddaş imkanı az olur: "Müəyyən müddət keçdikdən sonra köhnə materiallar oradan silinir, müəlliflər və ya oxucular istədiyi hər hansı bir yazını tapa bilmirlər. Bu səbəbdən təklif edirəm ki, fondlarımızı birləşdirək".