
2018-07-19 10:30:00
“Azərbaycan dilinin elektron platformada dolğun bazası olmalıdır” - Qulu Məhərrəmli
“Prezident İlham Əliyevin Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamı son illərdə dövlətin dil siyasəti ilə bağlı qəbul etdiyi mühüm sənədlərdən biri, həyata keçirilən siyasətin məntiqi davamıdır”.
AzEdu.az xəbər verir ki, bu sözləri əcnəbilər üçün Azərbaycan dilinin elektron platformasının yaradılmasından danışarkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli söyləyib.
Onun fikrincə, texnologiyanın inkişaf etməsi, bir çox proseslərin virtual aləmə keçməsi bu sahədə dilin işlənməsini də sürətləndirir:
“Azərbaycan dilinin elektron platformada dolğun bazası olmalıdır. Metodik vəsaitlər, tərcümə proqramları və s. yer almalıdır. Bu baxımdan Azərbaycan dilinin elektron bazası ilə bağlı müəyyən çatışmazlıqlar mövcuddur. Bir neçə il əvvəl araşdırma aparılıb, bəzi tədbirlər görülüb. Elə sistem qurmaq lazımdır ki, ölkəyə gələn, ölkədə yaşayan əcnəbi və ya dil daşıyıcısı həmin materiallardan asan formada istifadə edə bilsin.
Dilin elektron korpusu yaradılmalıdır. Burada söz yaradıcılığı ilə bağlı proseslər öz əksini tapmalı, xüsusi dil proqramları yer almalıdır. Azərbaycan dilindən istifadə edilməsi prosedurları rahatlaşdırılmalıdır. Məsələn, hazırda fəaliyyət göstərən elektron lüğətlər toplusu mövcuddur. Bu toplu dildən istifadə üçün əhəmiyyətlidir və hesab edirəm ki, daha da genişlənməlidir. Ölkə başçısının sərəncamının əsas məğzi budur ki, internetdə Azərbaycan dilinin əsas bazası yaradılsın və bundan həm əcnəbilər, həm də dil daşıyıcıları rahat istifadə etsinlər.
Əcnəbilər üçün xüsusi platformanın hazırlanması üçünsƏ. Bir qədər fərqli mexanizm tətbiq oluna bilər. Dilə aid olan bir çox məsələlər xüsusi proqram əsasında həmin platformaya – virtual sahəyə köçürülməlidir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayacaq. Sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53