
“Son 3 müraciətin yekununda 84 vətəndaşımız dünyanın ən yaxşı iki reytinq sıralamasında müvafiq il üzrə 500 universitet arasında yer alan universitetlərdən qəbul alaraq məhz bu proqram çərçivəsində təhsillərinin maliyyələşdirilməsi həyata keçirilmişdir”.
AzEdu.az xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.
O qeyd edib ki, son il yarım ərzində ildə iki dəfə olmaqla Dövlət Proqramına müraciət açıq elan edilib:
“Bununla biz 2019-2023-cü illəri əhatə edən dövrdə və son ilodə yekun qəbul ilə əlaqədar miqyası nəzərə alaraq yerli ali təhsil müəssisələrimizin məhz tədqiqat və tədris imkanlarının artısılmasını hədəfləyirik”.