
2021-07-07 14:07:00
Dövlət Proqramından yararlanmaq üçün hansı meyarlar tələb olunur?-DİQQƏT
2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə namizədlərin elektron sənəd qəbuluna start verilib.
Bəs xaricdə doktortantura təhsili alacaq vətəndaşlar üçün hansı seçim meyarları əsas götürülür?
AzEdu.az bu meyarları təqdim edir:
• namizədin xarici ölkənin ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisas istiqamətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları”na uyğun olması;
• namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;
• namizədin bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olması;
• namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) beynəlxalq reytinqlərin (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 yerdən aşağı olmayan sırada yer alması:
• Azərbaycan Respublikası ali təhsil müəssisəsinin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan sonra namizədin pedaqoji fəaliyyətə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;
• namizədin həqiqi hərbi xidmət keçməsi, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək çağırışa möhlətinin olması və ya çağırışdan azad edilməsi.
Qeyd edək ki, hazırda elektron sənəd qəbulu davam edir.
Bu bölməyə aid digər xəbərlər
Bu gün xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yekunlaşır
2023-09-20 09:06:58
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
2023-06-20 16:52:28
Dövlət Proqramından yararlanmaq üçün hansı meyarlar tələb olunur?-DİQQƏT
2021-07-07 14:07:00
Dövlət Proqramı çərçivəsində doktoranturaya qəbul hansı ixtisaslar üzrə aparılır? – SİYAHI
2021-07-07 13:55:00
Türkiyədə doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu başladı
2021-01-17 13:35:00
Doktorantura və dissertanturaya xarici dil üzrə qeydiyyat davam edir
2020-10-21 13:40:00
Rezidentlər üçün də sınaq imtahanı pulsuz oldu
2020-03-30 13:25:00