Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 13:30:00
Azərbaycan və İtaliyanın elmi müəssisələri bitki mühafizəsi üzrə birgə tədqiqatlar aparacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, sənədi Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və Davamlı Bitki Mühafizə İnstitutunun direktoru, professor Cian Paola Akkotto imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər arasında ekofiziologiya, bitki mühafizəsi üzrə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələrin və ekspedisiyaların təşkili, eləcə də toxum və herbari materiallarının mübadiləsi nəzərdə tutulur.