
2021-08-04 11:00:00
Şagird yerdəyişməsinə start verilir
9 avqust saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.
AzEdu.az xəbər verir ki, Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Bu bölməyə aid digər xəbərlər
Şagird yerdəyişməsinə start verilir
2021-08-04 11:00:00
Tətbiq edilən “məktəb modeli” məktəbəqədər hazırlıq üçün məqsədəuyğun deyil-İRAD
2021-07-25 13:49:00
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu məktəblərdə şagird qəbulu bu üstünlük əsasında aparılır -RƏSMİ CAVAB
2021-04-08 11:31:00