
2018-07-22 13:07:00
“Başladığım elmi işi tamamlayıb təhvil verəcəm” - NAZPƏRİ
Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması qalmaqalı ilə bağlı açıqlama verib.
AzEdu.az "qafqazinfo.az"a istinadən məlumat verir ki, əvvəlcə bu fəxri adı alması haqda sənədin fotosunu sosial şəbəkədə paylaşan, daha sonra isə silən müğənni elmi işini hələ bitirmədiyini deyib.
Dostəliyeva haqqında yazılan fikirlərin onu gözü götürməyən həmkarlarının işi olduğunu bildirib:
"Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılan tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların və əlaltılarının fikirləridir. Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçıdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahartlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam".
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53