
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün "Yazı işinin təşkili metodikası" mövzusunda ixtisasartırma proqramı təklif edir.
Yazılı nitq həm öyrənənlər, həm də öyrədənlər üçün mürəkkəb fəaliyyət növüdür. Siz “Yazı işinin təşkili” kursunu keçməklə Azərbaycan dili və ədəbiyyat dərslərində esse və əməli yazıların xüsusiyyətlərini öyrənəcək, yazı texnikanızı təkmilləşdirəcək və bunun əsasında şagirdlərlə daha səmərəli işləmək üsulları öyrənəcəksiniz. 36 akademik saatdan ibarət proqram aşağıdakı mövzular əhatə edir:
1. Niyə və nəyi yazmağı bacarmalıyıq?
2. Yaradıcı yazı növləri;
3. Üslubiyyat məsələləri;
4. Mətn sintaksisi.
5. Esse yazırıq; səmərəli üsulların tətbiqi;
6. Bədii mətn: qurulma texnikası və semantik strukturu;
7. Yaradıcı yazının qiymətləndirilməsi: meyarlar və yazının planlaşdırılmasında yol verilən tipik səhvlər;
8. Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri;
9. Əməli yazının qiymətləndirilməsi.
Təlimlər 13 avqust 2018-ci il tarixindən başlayacaq və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.
Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.
Proqramın qiymət 60 AZN-dir.
Qeydiyyat üçün son tarix 10 avqustdur. Ətraflı məlumat üçün (+99412) 430 57 79 (daxili nömrə: 131, 121) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təlimlərdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur.