Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 09:04:00
Bu gün riyaziyyat üzrə MİQ imtahanıdır

Bu gün riyaziyyat üzrə müəllimlərin işə qəbulu imtahanıdır.  İmtahanlarda 3524 namizədin iştirakı nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Qeyd edək ki, riyaziyyat üzrə imtahanlar 24 iyulda da davam edəcək.