Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-24 15:55:00
“Avropa ilə əlaqələrdə Qərbi Kaspi Universitetinin tələbələri mühüm rol oynaya bilər” - Rasim Musabəyov

“Bu gün ölkəmiz sürətli, dinamik inkişaf yolundadır. Biz bu inkişafın davamlılığını təmin etmək istəyiriksə, müasir və intellektual gənclər yetişdirməliyik. Bu mənada təhsil ocaqlarımızın, eləcə də bu günlərdə abituriyentlərin daxil olmaq üçün imtahanlar verdiyi universitetlərin rolu önəmlidir”.

AzEdu.az xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

Müasir, innovativ təhsilin iqtisadiyyatın inkişafındakı rolunu önə çəkən millət vəkili nikbin danışıb:

“Bilirəm ki, bir vaxtlar dərs dediyim Dövlət İdarəçilik Akademiyası, eləcə də övladımın məzun olduğu Qərb Universiteti (indiki Qərbi Kaspi Universiteti) bu cür keyfiyyətli təhsili təmin edir. Avropa ilə partnyorluğumuz olduqca strateji əhəmiyyət kəsb edir. Belə halda, gənclərimiz də bu əməkdaşlığıa, əlaqələrə hazır olmalıdır. Məsələn, müasir, Qərb standartlarını tətbiq edən Qərb Universitetinin belə potensialına inanıram, istər əvvəllər olsun, istərsə də son dövrlərdə bu universitetdə aparılan işlər məni sevindirir. Ümumiyyətlə, istənilən bir təhsil ocağında irəliyə doğru addım atılırsa, bu, ölkəmizin, cəmiyyətin xeyrinədir.”