
22 sentyabr tarixində Nazirlər Kabineti 2021-2022-ci tədris ilinin təşkilinə dair qərarlar qəbul edib.
Həmin qərarlarda ali məktəblərdə tədris prosesinin tənzimlənməsinə dair bir sıra nüanslar əksini tapıb.
AzEdu.az onları təqdim edir:
Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlanıb:
Qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.
Yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportu olmalıdır:
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olmalıdır.
Universitetlərdə tədris bu qurumlar tərəfindən dayandırıla bilər:
Tədrisin dayandırılması Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epide-miologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.