
2021-ci il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçıya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul edilib.
AzEdu.az xəbər verir ki, bunu Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev "Xalq" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilib:
"Plagiat faktı aşkar edildikdə əvvəllər olduğu kimi yalnız iddiaçıların deyil, o cümlədən elmi rəhbər və elmi məsləhətçinin, rəsmi opponentlərin (müsbət rəy verdikləri halda), elmi seminarın sədrinin, elmi katibin və dissertasiya şurasının iclasına sədrlik edən şəxslərin məsuliyyətinə dair Əsasnamədə müddəalar mövcuddur.