
2021-11-06 11:54:00
Belçikada magistratura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir
Belçikanın “College of Europe” ali təhsil müəssisəsinə 2022-2023-cü tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramına müraciətlər qəbul olunur.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına 2022-ci il yanvarın 19-dək müraciət etmək olar. Proqram Avropa Qonşuluq Siyasəti ölkələrinin vətəndaşları üçün dövlət idarəçiliyi və siyasəti, beynəlxalq münasibətlər və diplomatiya, Avropa iqtisadi tədqiqatları, Avropa hüququ kimi ixtisaslar üzrə magistratura səviyyəsində təqaüdlü təhsil təklif edir.
Proqram haqqında ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Belçikada magistratura üzrə təqaüd proqramına sənəd qəbulu davam edir
2021-11-06 11:54:00
Xarici institut jurnalistika üzrə magistr proqramı elan edir -Fürsət
2021-03-06 14:41:00
Koreya universitetlərində beş sahə üzrə magistr proqramları elan edilib
2020-02-04 17:46:00
Gənclər magistratura təhsili almaq üçün ən çox bu ölkələri seçir
2020-01-17 17:01:00
Xarici universitetlərin magistratura diplomunun tanınması üçün lazımı prosedur və müraciət qaydaları
2019-06-19 09:04:59
Almaniyada magistratura oxumağın inanılmaz üstünlükləri - Şərt və tələblər
2019-01-17 11:43:44