
2021-11-17 12:12:00
UNEC-də yeni vakansiya: rəqəmsal marketinq üzrə mütəxəssis
UNEC-in Beynəlxalq əməkdaşlıq departamentində rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
Əsas öhdəliklər:
- Facebook Ads, Instagram Ads, Google Search Ads, Google Display Ads və digər platformalar üzərindən reklamların idarə olunması;
- Rəqəmsal marketinq strategiyalarının hazırlanması;
- Sosial media marketinq və kontent marketinq üzrə layihələrin həyata keçirilməsi və idarə olunması;
- SEO və SEM layihələrinin təşkili və koordinasiyası;
- Rəqəmsal marketinq kampaniyalarının fəaliyyətinin təhlili, hesabatların hazırlanması və hədəflərə əsasən onların qiymətləndirilməsi (ROI və KPI);
- UNEC-in rəsmi internet saytının bəynəlxalq əlaqələr səhifəsinin inkişaf etdirilməsi, yenilənməsi və tənzimlənməsi. CMS və digər alətlərdən istifadə edərək səhifəyə ümumi nəzarətin təşkili.
Əsas şərtlər:
- Rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq (əlavə xarici dil biliklərinə sahib namizədlərə üstünlük verilir).
Müraciət üçün namizədlərin CV-lərinin 22 noyabr 2021-ci il tarixinə kimi
[email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.