
Lerik rayonunda keçiriləcək qəbulda Lerik, Lənkəran, Astara, Masallı və digər rayonların sakinləri iştirak edə bilərlər.
AzEdu.az xəbər verir ki, qəbul 10 avqust 2018-ci il tarixində, saat 11.00-da Lerik rayon Mədəniyyət Mərkəzində keçiriləcək. (ünvan: Arzuman Əsədullayev küçəsi, 22 ).
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Lənkəran Regional Bölməsinə (Ünvan: Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52 ) müraciət etmələri (əlaqə tel: +994 2525 52482) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Lerik, Astara və Masallı rayon Təhsil şöbələrində 03-09 avqust 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.