
Xəbər verdiyimiz kimi müəllimlərin müddətli müqavilə ilə işə qəbulu mərkəzləşdirilmiş qaydada İnsan Resusları Mərkəzi tərəfindən həyata keçirilir. Son dövrlər ən çox qaranlıq qalan məqamlardan biri də II iş yerində işləmək istəyən müəllimlərin müddətli müqavilə ilə işə götürülməsini hansı qurumun həyata keçirəcəyi məsələsidir.
AzEdu.az-ın bölgə müxbiri Elşən Ramizoğlunun əldə etdiyi məlumata görə, II iş yerində müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin işə götürülmə prosesi ötən il olduğu qaydada (Direktorun təqdimatı, RTŞ( Rayon Təhsil Şöbəsi) və ƏMHM-nin(ərazi maliyyə-hesablaşma mərkəzləri) razılığı ilə tənzimlənəcək. Yəni II iş yerində müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin işə qəbulunu Təhsil Nazirliyi həyata keçirməyəcək.