
2023-02-12 15:28:00
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçirilib
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün mərkəzdə operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Bir nəfərin üzərində mobil telefon tapıldığı üçün imtahandan xaric olunub və nəticəsi araşdırılaraq ləğv olunacaq.
Fevralın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.
Bu bölməyə aid digər xəbərlər
Dövlət qulluğuna vəzifələr üzrə imtahana qeydiyyat...
2024-03-19 12:21:28
Dövlət qulluğu üçün imtahana qeydiyyat elan edilib
2023-02-20 09:13:00
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçirilib
2023-02-12 15:28:00
Nazirliyin əməkdaşları qan verdilər
2018-05-08 15:40:00