
2023-02-23 15:54:00
Apreldə məktəbli formaları dəyişəcək? - Rəsmi AÇIQLAMA
Sosial şəbəkələrdə Bakının ümumtəhsil müəssisələrində şagirdlərə aprelin 15-dən etibarən dərsə məktəb tərəfindən müəyyən olunmuş geyim formasında gəlmələri üçün göstəriş verildiyi barədə məlumatlar yayılıb.
Bu iddiaların doğruluğunu aydınlaşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov AzEdu.az-ın sorğusuna cavab olaraq yayılan xəbərlərin heç bir doğruluq payı olmadığını bildirib.
Eyni zamanda, B.Məmmədov valideynləri dezinformasiyalara aldanmamağa çağırıb.
Bu bölməyə aid digər xəbərlər
Apreldə məktəbli formaları dəyişəcək? - Rəsmi AÇIQLAMA
2023-02-23 15:54:00