
2023-03-21 15:24:00
Latviyada təhsil almaq istəyənlərin qeydiyyatı davam edir
Latviya Respublikası 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramına qeydiyyat davam etdirilir.
AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2023-cü ildir.
Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Təhsil naziri elmi dərəcəsindən imtina etdi
2023-05-31 11:12:00
Nazirliyin 146 Çağrı Mərkəzinin işində YENİLİK
2023-05-12 10:37:31
Slovakiya təqaüdlə təhsil imkanı elan edir
2023-04-28 16:39:04
Tacikistanda təhsil almaq istəyənlər üçün qeydiyyat davam edir
2023-04-25 17:55:00
Rumıniyada təhsil almaq istəyənlər üçün qeydiyyat davam edir
2023-04-16 14:43:14
Latviyada təhsil almaq istəyənlərin qeydiyyatı davam edir
2023-03-21 15:24:00
"Xaricdə təhsil üzrə Dövlət Proqramı”ndakı universitet siyahısı DƏYİŞƏCƏK
2023-03-01 15:50:00
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu bu tarixdə yekunlaşacaq
2023-02-23 12:08:00
Macarıstan yeni tədris ili üçün təqaüd proqramı elan edir
2023-02-13 17:21:00
Tanınmayan diplomlar, itirilən illər - Xaricdə əbəs yerə niyə oxuyuruq?-TƏHLİL
2023-01-22 10:39:00