
2023-04-02 10:57:00
Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu universitetinə qəbul olunub
Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu ali məktəbindən qəbul dəvəti alıb.
AzEdu.az xəbər verir ki, Sara Nabikoğlunun əksərən aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı yerlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, hazırda Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də dəvət alıb.
Azərbaycanlı şagirdin seçimi Boston Universiteti olub.
Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı şagird ABŞ-ın 10 nüfuzlu universitetinə qəbul olunub
2023-04-02 10:57:00
Xaricdə universitet seçərkən ilk buna DİQQƏT edin
2022-08-28 17:49:00
280-dən çox təhsil müəssisəsinə ziyan dəyib-Ukrayna Təhsil NAZİRİ
2022-03-11 15:33:00
Azərbaycanda ilk dəfə ödənişsiz online YÖS sınaq imtahanları
2020-04-12 16:54:00
Filippində yeni qanun: Məzun olmaq üçün ən az 10 ağac əkmək lazımdır
2019-06-05 10:43:00