
2023-05-26 09:49:00
Şagird məktəb tualetindən istifadə edən uşaqlardan pul yığırmış...
Rusiyadakı Krasnoyarsk vilayət məhkəməsi yeddinci sinif şagirdini məktəb tualetindən istifadə edən uşaqlardan pul istədiyinə görə bir il şərti cəzaya məhkum edib.
AzEdu.az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Vilayət prokurorluğu bildirib ki, şagird tualetdən istifadəyə görə əvvəlcə 20 rubl "qiymət təyin edib", sonra isə yavaş-yavaş bu məbləği qaldırmağa başlayıb. Şagirdin “biznesi” irəlilədikcə, pul vermək istəməyənləri döyməklə hədələyib.
Nəticədə döyülən uşaqlardan birinin valideynləri polisə müraciət edib. Məlum olub ki, həmin şagird onun uşağından 2000 rubl pul tələb edibmiş.
Müəllimlər nə baş verdiyini bilsələr də, lazımi tədbir görməyiblər. Prokurorluğun tələbi ilə onlar da intizam məsuliyyətinə cəlb ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Türkiyədə təhsilə cəlb olunma səviyyəsi 99 faizə çatıb
2023-06-01 12:37:00
Ağır məktəbli çantalarından qurtulmağın yolu
2023-05-30 11:30:00
Şagird məktəb tualetindən istifadə edən uşaqlardan pul yığırmış...
2023-05-26 09:49:00
Ölkənin ən balacaboy qızı orta məktəbi bitirdi
2023-05-25 09:28:00
Əfqanıstanda məktəbə hücum olub - 2 şagird ölüb
2023-03-31 14:39:00
Silahla ibtidai məktəbə hücum etdi, 6 nəfər öldürdü
2023-03-28 14:45:00
Fransada məktəblərin işi dayandırılıb
2023-03-23 13:47:00
Sankt-Peterburqda Azərbaycan məktəbi açıldı
2023-02-20 16:05:00
Ukraynalı müəllimlər Rusiya vətəndaşlığına məcbur edilir
2023-02-08 14:40:00
Texasda məktəbdə baş verən atışmaya görə polis rəisi işdən çıxarıldı-Detallar
2022-08-25 14:41:00