
2018-03-17 08:49:55
Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutuna direktor təyinatı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimovanın səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq həmin institutun direktoru vəzifəsinə seçki keçirilib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, səsvermə nəticəsində M. Rəhimova yenidən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib.
M. Rəhimova bu faktı təsdiqləyib.
Qeyd edək ki, direktor seçkisi “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na uyğun həyata keçirilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53