
AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
AzEdu.az və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə bu ali məktəbdə təhsil alan “Brend tələbə”lər mükafatlandırılıblar.
Tədbirdə AzEdu.az təhsil portalının rəhbəri Elşad Eyvazlı, portalın icraçı direktoru Tünzalə Abbasova, DİA-nın müşavirləri Zaur Məmmədov, Yusif Ağayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Tədbir Z.Məmmədovun açılış nitqi ilə başlayıb. Daha sonra Y.Ağayev çıxış edərək, tələbələrin ünvanına təbriklər səsləndirib.
E.Eyvazlı və T.Abbasova da “Brend tələbə”lərə təhsil həyatlarında böyük nailiyyətlər arzulayıblar.
Görüş zamanı tələbələrlə qazanılan uğurların sirləri müzakirə edilib. Daha sonra onlara təltifnamələr təqdim olunub və sonda xatirə şəkli çəkilib.
DİA-da "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Nərgiz Hüseynova - İnzibati idarəetmə fakültəsi
Tamam Mirzəzadə - İnzibati idarəetmə fakültəsi
Adil Qurbanov – Siyasi idarəetmə fakültəsi
Nigar İsmayılzadə - Siyasi idarəetmə fakültəsi
Kənan Əliyev - Siyasi idarəetmə fakültəsi
Elməddin Nəzərli - Siyasi idarəetmə fakültəsi
Nəsib Quliyev - Siyasi idarəetmə fakültəsi
Nihad Təhməzov - İnzibati idarəetmə fakültəsi
Elmira Əliyeva - İnzibati idarəetmə fakültəsi
Lalə Şirinzadə - Siyasi idarəetmə fakültəsi
Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.
Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.