
2023-06-13 17:02:14
Magistratura imtahanında 2 nəfərin nəticəsi ləğv olunub
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirlib ki, İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib.
"İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub"- deyə DİM-dən bildirilib.