
2023-06-14 14:33:02
Şuşa məktəbinin məzunları üçün "Son zəng" çalınıb
İyunun 14-də Şuşa rayonu Malıbəyli kəndi 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki, “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Vüqar Quliyev məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb.
V.Quliyev məktəbdə ümumilikdə 1 282 şagirdin təhsil aldığını, onlardan 90 nəfərin bu il məzun adını qazandığını bildirib. Çıxış edənlər onbirinciləri təbrik edib, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd ediblər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzulayıblar.
Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.
Bu bölməyə aid digər xəbərlər
Şagirdlər şaxta babadan nə istəyir? - SORĞU
2023-12-25 11:00:00
"Kamera olan məktəblərdə iş keyfiyyəti aşağı düşür" - deputat
2023-08-31 11:34:21
Əcnəbi tələbələrdən azərbaycanlı müəllimə MARAQLI SÜRPRİZ
2023-07-03 11:59:19
Şuşa məktəbinin məzunları üçün "Son zəng" çalınıb
2023-06-14 14:33:02
Riyaziyyatçı şagirdlər Türkiyədə 16 medal qazanıb
2023-06-12 11:55:00
Qız şagirdlərlə görüş təşkil olunub
2023-05-25 13:58:00
Məktəblərdə ixtisas seçimi aparan şəxslər olmalıdır - TƏKLİF
2023-04-28 11:33:00
Fənn olimpiadası iştirakçılarının nəzərinə - Əsas dəyişikliklər
2023-02-19 13:18:16
II Bakı Elm Olimpiadasının birinci mərhələsi keçirilib
2023-02-18 14:14:00
Təhsil İdarəsi könüllülük proqramını yekunlaşdırdı
2023-02-14 17:16:00