Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 12:40:00
Milli Məclisdə müəllimləri peşə bayramı münasibətilə təbrik etdilər 

Milli Məclisin plenar iclasında müəllimlərin peşə bayramı təbrik edilib.

AzEdu.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin depyutatı Aydın Mirzəzadə bütün müəllimlərin peşə bayramını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib:

“Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir. Azərbaycanda təhsilə göstərilən qayğı özünün göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb təmir edilib və ya yenidən tikilib. Eyni zamanda, orta məktəb və universitet məzunlarının uğurları da göz qabağışdadır. Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanları bu gün münasibətilə təbrik edirəm”.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.