_759.jpg)
2023-07-14 14:42:35
MİQ sualları sızdırılıb? - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, 11 iyul tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.
Bəzi şəxslər müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı sosial şəbəkələrdə yayılmış test tapşırıqlarının imtahanda təqdim olunan suallarla eyni olması ilə bağlı iddialar irəli sürüb.
AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi sözügedən məsələ ilə bağlı iddialara cavab verib:
"Gün ərzində test imtahanlarında 10 mindən çox namizəd iştirak edir. Test imtahanı başa çatdıqdan sonra namizədlərə cavablandırdıqları sualların düzgün cavabları ilə tanış olmaq imkanı yaradılır. Həmçinin hər imtahan gününün sonunda namizədlərə təqdim olunan test tapşırıqlarının video-izahı yayımlanır.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayılmış test tapşırıqlarının imtahanda təqdim olunan suallarla eyni olması ilə bağlı yayılan iddialar əsassızdır. Belə ki, test tapşırıqlarından biri faktoloji biliyi yoxlayır, sualın şərti və şəkli 9-cu sinif "İnformatika" dərsliyində təqdim olunmuşdur. Digər sual isə "İnformasiyanın kodlaşdırılması" və "Say sistemləri" mövzularının sintezi şəklində tərtib olunan yeni tipli tapşırıqdır və heç bir test toplusunda yoxdur".
Mərkəz indiyədək keçirilən müsabiqə nəticəsində minlərlə insanın iş yeri qazanaraq məktəblərdə keyfiyyətli tədrisin təşkilinə töhfə verməsini nəzərə alsaq, bu tipli paylaşımların müəlliflərini ictimaiyyətdə fikir çaşqınlığı yaratmamağa çağırıb.
Bu bölməyə aid digər xəbərlər
MİQ - in müsahibə mərhələsi davam edir - FOTOLAR
2023-08-15 13:53:04
MİQ - in müsahibə mərhələsinə start verilir
2023-08-09 09:25:50
MİQ- in vakansiya seçimi mərhələsinə dair STATİSTİKA
2023-08-04 09:15:10
MİQ sualları sızdırılıb? - RƏSMİ AÇIQLAMA
2023-07-14 14:42:35
Gəncə - Daşkəsən bölgəsinin yüksək nəticə göstərən müəllimləri - FOTOLAR
2023-07-13 09:16:00
Deputat sertifikasiyaya görə hazırkı maaş artımını ədalətli SAYIR
2023-07-06 09:29:00
MİQ imtahanları ilə bağlı vacib MƏLUMATLAR
2023-07-03 10:40:00
Yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası olacaq - Nazirlik CAVAB VERDİ
2023-06-22 14:54:00
Sertifikatlaşdırmaya dair növbəti üç görüş keçirilib
2023-06-09 10:18:49
Müəllimlərin sertifikasiyasını onlar keçirir - 7 vəzifəli şəxs - FOTO+SİYAHI
2023-04-18 12:31:00