
2023-07-18 09:27:02
Magistraturaya qəbulun nəticələri bu gün ELAN OLUNACAQ
Dövlət İmtahan Mərkəzi DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri barədə açıqlama verib.
DİM-dən AzEdu.az-a verilən açıqlamada bildirilib ki, magistraturaya qəbulun nəticələrinin bu gün ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının I cəhdi 19 fevral, II cəhdi 11 iyun tarixində keçirilib.
İyulun 6-dan iyulun 13-dək isə magistraturaya ixtisas seçimi aparılıb.
DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimində ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).
Bu bölməyə aid digər xəbərlər
Magistraturaya sənəd verənlərin sayı açıqlanıb
2024-01-23 09:15:00
Magistraturaya qəbulun nəticələri bu gün ELAN OLUNACAQ
2023-07-18 09:27:02
Magistraturanın SABAH qruplarına ixtisaslaşma seçimi aparılacaq
2023-06-21 11:00:00
Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB
2023-02-19 15:43:00
Magistraturaya qəbul imtahanı keçirilib
2022-05-29 15:38:00