
2023-08-29 11:01:00
Kolleclərə yenidən ixtisas seçimi nə zaman olacaq ? - DİM
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi 7 avqust tarixində yekunlaşdı.
İxtisas seçimində yenidən iştirak etmək istəyən namizədlər boş qalan yerlərə qəbulun nə zaman olacağı barədə kütləvi suallar ünvanlayırlar.
DİM-dən AzEdu.az-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 2023-cü il avqustun 31-dən sentyabrın 4-dək aparılacaq.
Qeyd edək ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Bu bölməyə aid digər xəbərlər
DİM “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib
2023-09-06 09:23:00
Kolleclərə yenidən ixtisas seçimi nə zaman olacaq ? - DİM
2023-08-29 11:01:00
Bu şəxslər kolleclərin ixtisas seçiminə qatıla bilməz - DİM
2023-08-23 10:07:45
11 illik bazada kolleclərə ixtisas seçimi başlayır? - RƏSMİ
2023-08-16 10:18:36
Ali məktəblərə imtahan vermədən qəbul olunmaq ŞƏRTLƏRİ
2023-05-25 10:21:00
Bu gün 22 mindən çox abituriyent imtahan verib - YENİLƏNİB
2023-05-20 15:20:00