
2018-10-13 17:52:00
"Azərbaycanda fəaliyyət göstərən Rusiya Universitetlərində tədris yalnız rus dilində olmamalıdır" - Qulu Məhərəmmli
Yaxın gələcəkdə Rusiyanın 3 universitetinin – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filiallarının açılması gözlənilir.
Ölkəmizdə rus universitetlərinə məxsus filialların açılması Azərbaycan dilinin statusuna mənfi təsir edə bilərmi? Bu məsələyə ehtiyatla yanaşaqmaqda fayda varmı?
AzEdu.az xəbər verir ki, Moderator.az -a açıqlama verən dilçi alim, professor Qulu Məhərrəmlinin sözlərinə görə, hər şey Azərbaycan dilinin statusuna dil daşıyıcılarının yanaşmasından asılıdır:
“Bütün hallarda hansısa məşhur təhsil müəssisəsinin filiallarının ölkəmizdə açılması müsbət hadisədir. Ancaq vacib deyil ki, dərslərin hamısı burada rus dilində keçirilsin.
Son vaxtlar bizdə rus məktəblərinin sayı artır və bunu qürurla danışırlar. Bu məktəblərin açılması da müəyyən bri tendensiyanın göstəricisidir. Bunlar hansı təəssüratı yaradır? Bunlar azərbaycanlılarda belə bir qənaəti möhkəmləndirir ki, Azərbaycan dili ilə, bu dildə oxuyub elm sahibi olmaq səni heç hara aparmır. Amma tutaq ki, rus və ya ingilis dilində oxuyursansa, bu, sənin üçün vacibdir. Yəni əgər bu gün Azərbaycan dili bizim üçün həyati vacib əhəmiyyət kəsb etmirsə, bu, olduqca qorxuludur. Təhlükəli olan budur, rus və ya ingilis məktəblərinin açılması deyil. Bu dilin daşıyıcısı onun statusunu, əhəmiyyətini, vacibliyini dərk etmirsə, pöroblem budur.
Hesabedirəm ki, Azərbaycan dilinin işlənməsi ilə bağlı ölkəmizdə bir neçə mühüm sənəd qəbul olunub. Bunların həyata keçirilməsinə çalışmaq lazımdır.
Rus dili ünsiyyət vasitələrindən biridir. Biz bu mədəniyyətə bağlıyıq. Uzun illər Rusiyanın, daha sonra SSRİ-nin tərkibində olmuşuq. İndi Rusiya ilə yaxşı münasibətlərimiz var. Rus dilinə imperiya dili kimi baxırıqsaa, səhv edirik. Amma bu dilə Puşkinin, Tolstoyun, Çexovun dili kimi – mədəniyyət dili kimi baxırıqsa, bu, müsbət hadisədir.
Azərbaycan dilinin sahibləri, dil daşıyıcıları öz dilinin qədrini bilməli, ona hörmət etməlidir. Bu dilin statusunun həm rəsmi, həm də cəmiyyət səviyyəsində qorumalıdır. Belə olmasa, sən o dili ayaqlar altına atsan, onu başqa dillərdən aşağı tutsan, onun haqqında xoş sözlər deyib praktikada, həyatda bu dilə sevgi nümayiş etdirməsən, əlbəttə ki, bu dil başqa dillərdən arxa plana keçəcək”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53