
2023-11-04 09:11:12
Hakim vəzifəsinə qəbul üzrə tеst imtаhаnı keçirilib
163 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
AzEdu.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il noyabrın 3-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
İmtahanda 301 nəfər iştirak edib. 163 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 6 və 7 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Bu bölməyə aid digər xəbərlər
DİM: TOEFL iBT imtahanında 29 nəfər iştirak edib
2024-09-09 10:35:50
DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
2024-09-06 14:14:23
Üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək
2024-09-06 09:55:53
DİM “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib
2024-09-05 13:04:23
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
2024-09-05 11:08:42
Ötən ay DİM-in keçirdiyi imtahanlarda 7392 nəfər iştirak edib
2024-09-04 11:31:57
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr edilib
2024-09-04 10:39:25
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
2024-09-03 10:47:58
DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edirlər
2024-09-03 10:34:59
DİM: Boş qalan plan yerlərinə ixtisas seçimi bitir
2024-09-02 09:24:41