Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-09 10:35:50
DİM: TOEFL iBT imtahanında 29 nəfər iştirak edib

2024-cü il sentyabrın 7-də Dövlət İmtahan Mərkəzində 2 növbədə TOEFL iBT imtahanı keçirilib. İmtahanda 29 nəfər iştirak edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

Bildirilib ki, iştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 21 sentyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/