
2023-11-18 14:43:47
Hepatit diaqnozu qoyulan uşaqların müalicəsi davam edir
Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.
AzEdu.az APA-ya istinadən xəbər verir.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. O, qeyd edib ki, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.
"Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir", - deyə o qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Hepatit diaqnozu qoyulan uşaqların müalicəsi davam edir
2023-11-18 14:43:47