
Dekabrın 23-də Dövlət İmtahan Mərkəzində (DİM) TKT (Teaching Knowledge Test) imtahanı keçirilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 81 nəfər iştirak edib.
Xatırladaq ki, Kembric ingilis dili üzrə tədris kvalifikasiyalarından biri TKT (Teaching Knowledge Test) ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən kvalifikasiyadır və DİM-də “TKT Module 1”, “ TKT Module 2”, “TKT Module 3”, TKT CLIL, TKT YL üzrə imtahanlar təşkil edilir.
Növbəti TKT imtahanı 2024-cü il yanvarın 27-də keçiriləcək.
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir.
DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
Əlavə məlumat əldə etmək üçün [email protected] ünvanına yazmaq olar.