_443.jpg)
2024-01-16 16:30:39
DİM-də növbəti TKT imtahanı keçiriləcək
DİM-də növbəti TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, imtahan 2 mart 2024-cü il tarixində DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahana son qeydiyyat tarixi 17 yanvar 2024-cü ildir.
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:
• TKT Modul 1
• TKT Modul 2
• TKT Modul 3
• TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
• TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test
mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
İmtahana qeydiyyat linki:
Bu bölməyə aid digər xəbərlər
DİM: TOEFL iBT imtahanında 29 nəfər iştirak edib
2024-09-09 10:35:50
DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
2024-09-06 14:14:23
Üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək
2024-09-06 09:55:53
DİM “Abituriyent” jurnalının 10-cu nömrəsini nəşr edib
2024-09-05 13:04:23
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
2024-09-05 11:08:42
Ötən ay DİM-in keçirdiyi imtahanlarda 7392 nəfər iştirak edib
2024-09-04 11:31:57
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr edilib
2024-09-04 10:39:25
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir
2024-09-03 10:47:58
DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edirlər
2024-09-03 10:34:59
DİM: Boş qalan plan yerlərinə ixtisas seçimi bitir
2024-09-02 09:24:41