_247.jpg)
2024-02-02 10:28:18
DİM- də canlı yayım təşkil olunacaq
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalında magistraturaya qəbul imtahanında xarici dil üzrə yazı işlərinə qoyulan tələblər və qiymətləndirmə meyarları ilə bağlı canlı yayım təşkil olunacaq.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi tərəfindən məlumat verilib.
Bildirilib ki, canlı yayımda magistraturaya qəbul üzrə sınaq imtahanında istifadə olunmuş real esselər əsasında geniş izahat veriləcək.
Qeyd edək ki, daxil olan suallar canlı yayım zamanı cavablandırılacaq.
Bu bölməyə aid digər xəbərlər
DİM- də canlı yayım təşkil olunacaq
2024-02-02 10:28:18