
2024-02-13 12:33:49
Magistraturaya II cəhdin vaxtı AÇIQLANDI
Ötən həftə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistratura pilləsi üzrə I cəhd qəbul imtahanı keçirildi.
İmtahanın növbəti mərhələsinin nə zaman olacağı ilə bağlı AzEdu.az Təhsil Portalına DİM-dən rəsmi məlumat verilib.
Bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanının 2-ci cəhdinin aprel-may aylarında keçirilməsi planlaşdırılır:
“Bu imtahanda birinci cəhddə iştirakından və ya topladığı baldan asılı olmayaraq hər bir bakalavr iştirak edə bilər. İkinci cəhd üçün qeydiyyat müddəti barədə Mərkəz tərəfindən əlavə məlumat veriləcək”.
Bu bölməyə aid digər xəbərlər
Magistraturaya II cəhdin vaxtı AÇIQLANDI
2024-02-13 12:33:49