
2024-02-20 12:01:17
Latviyada təhsil səviyyələri üzrə təqaüd proqramı elan edilib
Latviyada təqaüdlə təhsil imkanı!
Latviya Respublikası 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak üçün son müraciət tarixi 1 aprel 2024-cü ildir.
Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcəkdir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.
Bu bölməyə aid digər xəbərlər
Qarabağ Universitetinin rektoru abituriyentlərə çağırış edib
2024-08-09 08:46:24
Emin Əmrullayev: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq
2024-06-27 18:00:00
Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə dair məsələlər müzakirə edilib
2024-05-01 09:44:09
Xarici tələbələr üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
2024-04-19 12:47:52
110 mindən çox abituriyentin ərizəsi təsdiqlənib
2024-03-16 13:18:24
Gənc alimə ev yox, yaxşı maaş vermək lazımdır - Nazirdən TƏKLİF
2024-02-29 12:33:49
Latviyada təhsil səviyyələri üzrə təqaüd proqramı elan edilib
2024-02-20 12:01:17
ADMİU-nun əməkdaşlarına dövlət təltifləri təqdim edilib
2024-01-17 08:54:50
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunub
2024-01-09 16:40:19
Cari ildə 15 min 57 tələbə təhsil krediti alıb
2023-12-27 16:34:57