
2024-03-12 11:59:15
Günel Səfərovaya yeni vəzifə verildi
Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın sabiq sədri Günel Səfərova ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini təyin olunub.
AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
2021–2023-cü illər ərzində ETN yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Qaçqınların sosial qiymətləndirilməsi” layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir. Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.
Bu bölməyə aid digər xəbərlər
Bağçalarda sanitar-gigiyenik qaydalara necə əməl olunur? – Agentlikdən CAVAB
2024-09-12 09:03:00
Universitetlərdə dərslik problemi: “Maliyyə ayrılmalıdır”
2024-09-11 10:09:40
Ən çox işsiz gənclər hansı ölkədədir? - SİYAHI
2024-09-11 09:16:04
Numeroloq: Övladınıza ata və ananızın adını qoyanda diqqətli OLUN
2024-09-10 16:09:00
Nazir: Hazırda 400-dən çox məktəb qəzalı vəziyyətdədir
2024-09-10 11:16:03
Ən uzun təhsil müddəti bu ölkələrdədir - SİYAHI
2024-09-05 10:01:00
“Yay məktəbi bizə Koreyanın nüfuzlu şirkətləri ilə tanışlıq imkanı qazandırdı”
2024-09-04 15:36:08
AzMİU-nun ümumi qəbul planı 95,59 faiz dolub
2024-09-04 14:43:52
Agentlik: 5000-dən çox vətəndaş müraciəti cavablandırılıb
2024-09-04 11:26:01
Şərqşünas alim vəfat edib
2024-09-01 14:34:09