Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-04 14:43:52
AzMİU-nun ümumi qəbul planı 95,59 faiz dolub

Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) bakalavriat səviyyəsinə qəbul üzrə nəticələr açıqlanıb. Nəticələrə əsasən, AzMİU-nun ümumi qəbul planı 95,59 faiz dolub.

 

Bu barədə AzEdu.az-a AzMİU-dan məlumat verilib. Qeyd olunub ki, 2470 yerdən 2361-nə tələbə qəbulu həyata keçirilib. II ixtisas qrupu üzrə 100 faiz, qrup üzrə isə 95,59 faiz yerlər tutulub. Bu il 500 və daha yüksək balla AzMİU-ya qəbul olanların sayı keçən illə müqayisədə artıb. Onlardan dördü 600-dən çox bal yığan abituriyentlərdir.