
“Bu gün feysbuk səhifəmdə "Rektorlarımızı tanıyaq " adlı layihəm başa çatır”
AzEdu.az xəbər verir ki, bunu şəxsi facebook səhifəsində deputat Aydın Mirzəzadə qeyd edib. Onun sözlərinə görə, “rektorlarımızı tanıyaq” qeyri-kommersiya xarekteri daşıyıb:
“Layihəni özüm hazırladıqdan sonra sosial şəbəkə izləyicilərinə təqdim edildi. Azərbaycan Respublikasında 51 ali məktəbin 20-i Təhsil Nazirliyinin,13 - ü digər nazirlik və dövlət komitələrinin tabeliyindədir . 11-i özəl, 7 - i isə xüsusi təyinatlı ali təhsil müəssisələridir. Ali məktəblərimiz cəmiyyətimizin sabahının təminatçıları, rektorları isə kapitanlarıdır. Onlar bizim fəxrimiz, bizim mənəvi zənginliyimizdir. Onları tanıyaq və tanıdaq”.
Xatırladaq ki, 5 yanvarda başlayan layihə bu gün çatıb. Layihə çərçivəsində deputatın şəxsi facebook hesabında rektorlar və onlar haqda məlumatlar izləyicilərə təqdim edilib.