
2024-04-30 20:10:02
Magistratura: 405 nəfər İMTAHANA GƏLMƏDİ
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.