
2024-05-30 11:55:22
Məktəbəhazırlıq qruplarında tədris prosesi yekunlaşır
1 oktyabrdan başlayan dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi mayın 31-də başa çatır.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Bununla yanaşı, məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq 30 aprel tarixində avtomatik olaraq 1-ci sinfə qəbul edilib.
Bu bölməyə aid digər xəbərlər
99 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
2024-09-11 10:15:59
Paytaxtda uşaq bağçası istifadəyə verilib
2024-09-05 15:19:58
Bağçalara yazılma prosesi müvəqqəti dayandırılır
2024-08-30 18:15:38
Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların sayı
2024-08-22 08:33:27
Bakıdakı bağçalara növbəyə yazılma prosesinə START VERİLDİ
2024-07-26 09:47:58
Bağçalarda çalışan pedaqoji heyətə sınaq qiymətləndirilməsi keçirilir
2024-07-22 17:59:00
Məktəbəhazırlıq qruplarına qəbul məcburidir?
2024-07-18 09:13:04
Lənkəran-Astara RTİ-dəki bağçaların SAYI
2024-07-17 17:05:29
Kirayədə yaşayan valideynlər: Bu müqavilə yoxdursa...
2024-07-17 16:46:01
Məktəbəhazırlığa bu yaş aralığında uşaqlar qəbul EDİLƏCƏK
2024-07-17 16:08:46