
2024-09-11 10:15:59
99 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Paytaxtın Yasamal rayonunda 99 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
AzEdu.az xəbər verir ki, bağçanın açılış tədbirində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayıb və ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğunu deyən Vəfa Yaqublu məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyini nəzərə çatdırıb.
V.Yaqublu məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirilməsinin ümumilikdə, uşaqların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini də söyləyib.
Qeyd edək ki, yeni istifadəyə verilən 99 nömrəli körpələr evi-uşaq bağçasında 8 qrup fəaliyyət göstərir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 20 pedaqoji işçi məşğul olur.
Bu bölməyə aid digər xəbərlər
99 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
2024-09-11 10:15:59
Paytaxtda uşaq bağçası istifadəyə verilib
2024-09-05 15:19:58
Bağçalara yazılma prosesi müvəqqəti dayandırılır
2024-08-30 18:15:38
Bakıda məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların sayı
2024-08-22 08:33:27
Bakıdakı bağçalara növbəyə yazılma prosesinə START VERİLDİ
2024-07-26 09:47:58
Bağçalarda çalışan pedaqoji heyətə sınaq qiymətləndirilməsi keçirilir
2024-07-22 17:59:00
Məktəbəhazırlıq qruplarına qəbul məcburidir?
2024-07-18 09:13:04
Lənkəran-Astara RTİ-dəki bağçaların SAYI
2024-07-17 17:05:29
Kirayədə yaşayan valideynlər: Bu müqavilə yoxdursa...
2024-07-17 16:46:01
Məktəbəhazırlığa bu yaş aralığında uşaqlar qəbul EDİLƏCƏK
2024-07-17 16:08:46